Sizin Reklam Burada
Xəbər lenti
15-07-2025
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp arvadına qulaq asır, Putinə münasibəti dəyişib - ABŞ KİV

Tarix: 15-07-2025 14:30     Baxış: 333 A- / A+
Tramp arvadına qulaq asır, Putinə münasibəti dəyişib - ABŞ KİV
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı münasibətinin dəyişməsində həyat yoldaşı Melania Trampın təsiri var.
Manevr.az xəbər verir ki, bu barədə “Fox News” yazıb.
Nəşrin iddiasına görə, birinci xanım Donald Trampı Putinin Ukrayna ilə potensial sülh razılaşması ilə bağlı verdiyi vədləri pozacağına inandırıb.
Nəşr yazır ki, ABŞ lideri bundan əvvəl də çıxışında həyat yoldaşı Melania Trampın telefon danışığından sonra Putinin verdiyi "saxta vədləri" vurğulamasına diqqət çəkib.
“Evə gedirəm və birinci xanıma “bilirsən, bu gün Vladimir Putinlə danışdım. Əla söhbət etdik” deyirəm. O isə mənə “həqiqətən? (Ukraynada) bir şəhər daha vurulub” deyir.
Evə gedib “first lady”, Vladimirlə ən yaxşı danışığı apardım, məncə, bu iş bitdi” dediyim zamanlar da olub. Sonra televizoru yandırmışam, ya da (Melania) mənə bir dəfə belə dedi: “Vay, qəribədir, çünki qocalar evini bombaladılar”. Mən isə buna “nə?” deyə cavab verdim”, -Tramp bildirib.
Qeyd edək ki, dünən ABŞ-da NATO-nun baş katibi Mark Rutte ilə mətbuata açıqlama verən ABŞ Prezidenti Donald Tramp Rusiya ilə müharibənin 3 ildən artıqdır davam etdiyi Ukraynaya daha çox silah göndəriləcəyini açıqlayıb və Rusiyaya razılaşma üçün 50 gün vaxt verib. Əks halda Tramp Rusiyaya tətbiq edilən tarifləri 100% artıracağını bildirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar