Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
BÜTÜN XƏBƏRLƏR

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür

Tarix: 15-07-2025 10:13     Baxış: 333 A- / A+
Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür
Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür.
Manevr.az xəbər verir ki, doqquz il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb.
Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu.
Demokratiya və Milli Birlik Günü Türkiyədə rəsmi tətildir.
Qeyd edək ki, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilməklə dövlət çevrilişinə cəhd prosesinə 9 minə yaxın hərbçi cəlb edilib. Həmin gün döyüşən mülki, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub.
Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa edib.
2016-cı ilin dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Qardaş Türkiyə xalqı Azərbaycanın haqlı və qətiyyətli mövqeyini hər zaman yüksək dəyərləndirib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar