"Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür”. Xəbər lenti
Vilayəti pakistanlı nazirə Bakıdan şikayətləndi – “Onlardan soruşa bilərsiniz ki...”
"Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür”.Bunu İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
O, Pakistanın daxili işlər naziri Seyid Möhsün Nəqvi ilə görüşdə rəsmi Bakının xarici siyasətindən gileylənib.
“Sizin Azərbaycanla yaxın münasibətləriniz var, lakin qeyd etmək lazımdır ki, Azərbaycan hökuməti İslam dünyasının fikirlərinə zidd olan tədbirlər görür. Bunların arasında Colani (Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa) ilə sionist rejim (İsrail – red.) arasında vasitəçiliyi, habelə Fələstində cinayətlərin tüğyan etdiyi vaxtlarda İsrail xalqına neft ixracını qeyd etmək olar. Onlardan soruşa bilərsiniz ki, niyə müsəlmanların və İslam ölkələrinin fikrinə zidd olan bu tədbirlər görülür?”
Xatırladaq ki, bu, İran rəsmisinin ümumən Azərbaycan və rəsmi Bakının xarici siyasətinə dair kobud müdaxiləsinin yeganı nümunəsi deyil. Bundan əvvəl də Vilayəti bəyanatları ilə mütəmadi olaraq Azərbaycanın daxili işlərinə qarışıb. yenisabah.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































