Xəbər lenti
Bu kənddə 10 ildən çoxdur toy etmirlər - SƏBƏB
Hindistanda bir kəndin normal yolunun olmaması səbəbindən on ildən artıqdır ki, toy etmirlər.Karnataka ştatının Condalqatti kəndi gəlinlər ucqar kəndə köçməkdən imtina etdiyi üçün yeni evlənənlərsiz qalıb. Oradan 20 subay illərdir uğursuz həyat yoldaşı axtarır - potensial namizədlərin valideynləri nikahlara qəti şəkildə qarşıdırlar.
"Qızlar və onların valideynləri bizim kəndin oğlanlarından sadəcə qaçırlar", - yerli sakin Paraşu Patil bildirib.
Bəzi kişilər dul qadınlar və ya başqa kastalardan olan qadınlarla evlənməyə məcbur edilirlər. Sivilizasiyaya çatmağın yeganə yolu vəhşi heyvanların - əsasən təhlükəli yırtıcıların yaşadığı meşədən keçən təhlükəli yeddi kilometrlik cığırdan keçməkdir. İlk avtobus yalnız mart ayında peyda olub, lakin o, gündə iki dəfə - səhər və axşam saatlarında işləyir.
Dörd ildir uğursuzluğa düçar olan subaylardan biri deyib: "Bütün parametrlər üst-üstə düşdü, amma gəlinlər kəndin vəziyyətini öyrənəndən sonra imtina etdilər".
"Gəlin şərt qoydu - kənddən kənarda yaşamaq. Razılaşmalı olduq", - yerli sakin deyib.
Condalqattidəki məktəb indi boşdur - kənddə uşaq qalmayıb. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































