Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstanda mərc oyunlarında iştirak edən 16 məmur işdən çıxarılıb

Tarix: 12-07-2025 23:05     Baxış: 497 A- / A+
Qazaxıstanda mərc oyunlarında iştirak edən 16 məmur işdən çıxarılıbQazaxıstanın Uralsk şəhər prokurorluğu şəhər administrasiyasının (akimatının), dövlət gəlirləri departamentinin və polisin məsul şəxslərinin bukmeker kontorları vasitəsilə qumar oyunlarında iştirak etmələri faktlarını aşkarlayıb.

Bu barədə Qazaxıstan KİV-i xəbər verir.

Yoxlamanın nəticələrinə əsasən prokurorluq nəzarəti aktları tətbiq edilib, həmin aktlara baxılaraq 24 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Onlardan 16-sı tutduğu vəzifədən azad edilib.

Belə ki, "OLIMPBET" MMT-nin (Məhdud Məsuliyyətli Tərəfdaşlıq) məlumatına görə, Uralsk akimatının əməkdaşlarından biri 2021-ci il iyunun 5-dən 2025-ci il yanvarın 22-dək hesabına 34 milyon təngədən çox (təxminən 72,5 min ABŞ dolları) vəsait köçürüb. O cümlədən qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra o, hesabına 1,74 milyon təngə (təxminən 3,7 min ABŞ dolları) yatırıb ki, bunun da 971 min təngəsini (təxminən 2 min ABŞ dolları) uduzub. Aşkar edilmiş qanun pozuntularına görə o, tutduğu vəzifədən azad edilib.

Qeyd olunur ki, Uralsk prokurorluğu antikorrupsiya qanunvericiliyinə əməl olunmasına sistemli nəzarəti, o cümlədən antikorrupsiya məhdudiyyətlərinin həyata keçirilməsinə nəzarəti davam etdirəcək. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar