Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

İran rəsmisi Pezeşkianı təhqir etdi

Tarix: 09-07-2025 17:14     Baxış: 3135 A- / A+


Rəşt Şəhər Şurasının üzvü və sərt fundamentalist dairələrə yaxınlığı ilə tanınan Rza Aşəri İran prezidenti Məsud Pezeşkiana qarşı təhqiramiz ifadələrlə dolu bir çağırışla gündəmə gəlib.
Manevr.az "Mouze"yə istinadla xəbər verir ki, Aşəri İnstaqram paylaşımında İsraildən Pezeşkiyana qarşı sui-qəsd etməyi istəyib.
“İsrail, bir yaxşılıq edərsən? Bizim prezidentimizi - İbrahim Rəisini öldürdün. Bu yeni prezident əvvəlkindən qat-qat inqilabçıdır. Ona da yüksək şəhadət nəsib etməyini xahiş edirik”,- deyə Aşəri yazıb.
O, habelə Pezeşkianın simasına və çıxışlarına ironik və təhqiredici şəkildə toxunaraq onun “ölməyə hazır göründüyünü” bildirib.
Bu açıqlama, Pezeşkiyanın Astara şəhərində ana dilində – türkcə etdiyi çıxışdan sonra səsləndirilib.
Prezidentin bu addımı bölgə əhalisi tərəfindən böyük rəğbətlə qarşılanıb. Rəşt Şəhər Şurasının üzvünün çıxışı isə ölkə daxilində kimlik və dil məsələlərinin nə qədər həssas olduğunu bir daha göstərir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar