Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazir Starovoytun “unikal həyatı”: Özünü güllələdikdən sonra da iclas keçirdi…

Tarix: 07-07-2025 22:28     Baxış: 384 A- / A+
Rusiyada keçmiş nəqliyyat naziri Roman Starovoytun müəmmalı intiharı ilə bağlı detallar daha da absurd şəkil alır.

Rusiya mənbələrinin verdiyi xəbərə görə, bəzi kanallar onun 5-dən 6 iyula keçən gecə intihar etdiyini yazır. Məsələn, Baza qeyd edir ki, Starovoyt həmin gün qızının yarışına gedib, onu qucaqlayıb, sonra isə həyatına son qoyub.

Amma Mash kanalı tamam fərqli bir “fantastik ssenari” təqdim edir: onlar bildirir ki, Starovoyt hələ bu gün səhər Nəqliyyat Nazirliyində olub, iclas keçirib, hər kəslə sağollaşıb və ancaq bundan sonra evə gedib. Üstəlik, onun cəsədi saat 15:00 radələrində Tesla avtomobilində aşkarlanıb.

Bu qədər ziddiyyətli informasiyalar rus sistemində ölüm və həyatın necə paralel getdiyini göstərir:

Sarkazmla desək, görünür, Roman Starovoyt o qədər unikal dövlət xadimi imiş ki, ölmədən əvvəl öz nazirlik işlərini tam qaydasına qoyub, tapşırıqları verib, kabinetindəki “işlərini toparlayıb”, sonra isə rahatca avtomobilinə əyləşib və… həyatına son qoyub.

Bəzi siyasi şərhçilər isə bu ziddiyyətlərin texniki qarışıqlıq deyil, əksinə, ölüm tarixlərinin bilərəkdən manipulyasiya edilməsindən qaynaqlana biləcəyini iddia edirlər. musavat.com

Manevr.az 

1870a31e-a490-4767-be96-0eb105ffce5c.jpeg (67 KB)


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar