Xəbər lenti
2025-ci ilin ən təhlükəli ölkəsi bəlli oldu: Nə Əfqanıstandır, nə də Ukrayna

Manevr.az xəbər verir ki, Yəmən siyahıda Sudan, Ukrayna və Əfqanıstan kimi ölkələri geridə qoyub.
Bu barədə “World Population Review” jurnalının dərc etdiyi məlumatda bildirilir.
“Sibylline” strateji risk analizi firmasının Yaxın Şərq, Şimali Afrika və Türkiyə üzrə eksperti Ouen Uilyams vəziyyəti bu sözlərlə qiymətləndirib:
“Yəmən davam edən vətəndaş müharibəsi, geniş yayılmış ərzaq qıtlığı, hərbi müdaxilələr və ictimai infrastrukturun dağılması səbəbindən dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunur”. Uilyams deyir ki, ölkədə uzun illər davam edən qeyri-sabitliyin kökü “husilər”in və ya “Ənsarullah”ın (Allahın tərəfdarları) beynəlxalq səviyyədə tanınmış hökumətə qarşı üsyanıdır. Qrupun şüarı belədir:
“Allah böyükdür, Amerikaya ölüm, İsrailə ölüm”.
2014-cü ildə əvvəlki rejimi devirən qrup, paytaxt Səna da daxil olmaqla, ölkənin şimal-qərbində böyük bir əraziyə nəzarət edir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























