Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya Jurnalistlər İttifaqı Azərbaycandan görün nə tələb edir?

Tarix: 01-07-2025 08:51     Baxış: 364 A- / A+
 Rusiya Jurnalistlər İttifaqı (СЖР) rəsmi bəyanat yayaraq Bakıda saxlanılan “Sputnik” əməkdaşları — İqor Kartavıx və Yevgeni Belousovun dərhal azad olunmasını, onlara rus diplomat və vəkillərin buraxılmasını, habelə şəffaf istintaq aparılmasını tələb edib.

Rusiya təşkilatı Azərbaycan hüquq-mühafizə orqanlarını guya jurnalist hüquqlarını pozmaqda, beynəlxalq konvensiyaları tapdalamaqda ittiham edib və bildirib ki, “onlara qarşı casus ittihamları əsassız və sübutsuzdur.”

Amma bəs Yekaterinburq? Bəs OMON? Bəs FSB?
Görün indi vəziyyət necə qəribədir:

• Yekaterinburqda Azərbaycan vətəndaşlarını FSB və OMON amansızcasına döyüb, öldürəndə, onlarla insanı heç bir sübut olmadan həbsə atanda Rusiya Jurnalistlər İttifaqının səsi çıxmamışdı.

• Azərbaycanlıların evlərinə gecə basqınları olanda, meyitləri çölə atılanda, heç bir rus mediası “insan haqları”, “Avropa Konvensiyası” demədi.

• İndi isə Azərbaycanda jurnalist vəsiqəsi adı altında FSB-yə işləyən iki nəfər saxlanılıb, elə dərhal beynəlxalq hüququ xatırlayıblar.

Bu, Rusiyanın köhnə ssenarisidir: heç vaxt ədalətli olmayıb, heç vaxt haqlı olmayıb, amma həmişə güc mövqeyindən diktə edib. İndi isə Azərbaycan o gücə təslim olmur, əyilmir, onun təzyiqlərinə qarşı dirəşir, öz vətəndaşını qorumaq üçün hər şeyi göz önünə alır; nəticədə bütün bunlara görə də Moskvada bəziləri əsəbdən partlayır.

Buna görə də indi “jurnalist hüquqları” bəhanəsi ilə hay-küy salıb Azərbaycana təzyiq göstərməyə çalışırlar. Amma bu dəfə daş qayaya rast gəlib: Bakı Moskvadan qorxmur, 200 ildir yığdığı daşaları Kremlin bostanına atmağa başlayıb. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar