Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Beynimiz haqqında yeni kəşf: Gördüyünə deyil, gözlədiyinə inanır

Tarix: 29-06-2025 16:17     Baxış: 382 A- / A+


İnsan beyninin sirrlərlə dolu olduğu çoxdan məlumdur, lakin son elmi araşdırmalar bu mürəkkəb orqanın işləmə mexanizminə dair daha bir maraqlı həqiqəti üzə çıxarıb. Məlum olub ki, beynimiz gördüklərini deyil, gözlədiklərini daha çox əsas götürür. Yəni insan beyni sadəcə müşahidə etmir, aktiv şəkildə gələcək hadisələri proqnozlaşdırmağa çalışır.
Manevr.az xəbər verir ki, əvvəllər beynimizin gözlərimizdən gələn məlumatları passiv şəkildə qəbul etdiyi düşünülürdü. Ancaq yeni araşdırmalar göstərir ki, beyin ətrafda nə baş verəcəyini əvvəlcədən təxmin etməyə çalışır. Məsələn, bir insanın əlini tencərəyə uzatdığını gördükdə, beyin bu hərəkətin davamını - yəni qapağın açılacağını və ya qarışdırma hərəkətini - öncədən "təxmin edir" və bu proqnozlarda çox vaxt haqlı çıxır. Bu proses beynin "hərəkət müşahidə şəbəkəsi" (AON) adlanan və başqalarının obyektlərlə qarşılıqlı əlaqəsini izləyərkən aktivləşən xüsusi bölgələri tərəfindən idarə olunur.
"Cell Reports" jurnalında dərc olunan son bir araşdırmada, tədqiqatçılar könüllülərə həm adi, həm də təsadüfi şəkildə qarışdırılmış gündəlik həyat səhnələrini göstərib və bu zaman onların beyin fəaliyyətlərini qeydə alıblar. Nəticələr olduqca maraqlıdır: beynimiz qarşıdakı addımı proqnozlaşdıra bildiyi hallarda vizual mərkəzlərdə daha az fəaliyyət müşahidə olunub. Bu isə beynin enerji baxımından daha səmərəli işlədiyini göstərir.qaynarinfo 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar