Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın mətbuat katibi Ermənistanda Fransanın nüvə tullantılarının saxlanması barədə məlumatı təkzib edib

Tarix: 28-06-2025 21:22     Baxış: 387 A- / A+
Paşinyanın mətbuat katibi Ermənistanda Fransanın nüvə tullantılarının saxlanması barədə məlumatı təkzib edibErmənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Fransanın dövlət nüvə şirkəti "Orano"nun Ermənistana işlənmiş nüvə yanacağını gizli şəkildə daşımağa başlaması barədə yayılan məlumatı təkzib edib.

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi sosial şəbəkələrdə yazıb.

Onun sözlərinə görə, bu məlumatın yayılması Ermənistanın beynəlxalq nüfuzunu zədələmək və ölkənin Fransa ilə əməkdaşlığına kölgə salmaq məqsədi daşıyır.

N.Baqdasaryanın fikrincə, Ermənistanın siyasətinə və onun proqramlarının həyata keçirilməsinə mane olan "bəzi mərkəzlər" mövcuddur.

Qeyd edək ki, "courrierfrance24.fr" nəşrinin məlumatına görə, bu planın həyata keçirilməsi Ermənistan baş naziri Nikol Paşinyanın 2025-ci ilin fevralında Parisə səfərindən bir neçə həftə sonra başlayıb. Orada Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və yüksək rütbəli enerji rəsmiləri ilə görüşüb. Nəticədə yüklər Ermənistanın ekoloji cəhətdən ən həssas bölgələrindən biri olan, UNESCO tərəfindən qorunan milli parkın ərazisində yerləşən Dilican qoruğuna göndərilib.

Fransadan skandallı tədarüklər baş nazir Nikol Paşinyanın mülki həyat yoldaşı Anna Akopyanın icraçı direktoru olduğu "Mənim addımım" fonduna bir sıra "xeyriyyə" ianələrindən sonra başlayıb. "Courrier France 24"ün məlumatına görə, 2025-ci ilin aprel və may aylarında "Mənim addımım" xeyriyyə fondu əvvəllər heç vaxt xeyriyyəçiliklə məşğul olmayan bir fransız şirkətindən 800 min avro dəyərində iki ayrı ianə alıb. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar