Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı qardaşlar Rusiya vətəndaşlığından məhrum edildi - Şəkil

Tarix: 27-06-2025 23:05     Baxış: 370 A- / A+
Azərbaycanlı qardaşlar Rusiya vətəndaşlığından məhrum edildiGürcüstanda doğulan və etnik azərbaycanlı olan 36 yaşlı Əliyev Sahil Balam oğlu və onun 38 yaşlı qardaşı Elvir vaxtilə Rusiya vətəndaşlığı alıblar.

Rusiya KİV-nin xəbərinə görə, qardaşlar Kaluqa vilayətinin Babınino kəndində uzun müddət gərgin vəziyyət yaradıb.

Bildirilir ki, Əliyevlər müxtəlif ağırlıqdakı cinayətlərə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb ediliblər: döyülmə, sənədlərin saxtalaşdırılması və əcnəbilərin qondarma qeydiyyatı. Üstəlik, qardaşlar Rusiyada qadağan edilmiş "AUE" hərəkatının - kriminal dünya dəyərlərinin gənclər arasında yayılması ideologiyasını qəbul edərək onu yerli gənclər arasında fəal şəkildə təbliğ ediblər.
Bundan başqa, iddialara görə, azərbaycanlı qardaşlar Rusiyada qadağan olunmuş cinayətkar hərəkatları dəstəkləyib, həmçinin azərbaycanlı etnik qrupun üstünlüyü ideyalarını təbliğ edib, gəncləri rusdilli əhaliyə qarşı yönəldiriblər.

Bundan əlavə, daha bir iddiaya görə, Elvir və Sahil yerli əhaliyə qarşı iyrənc münasibətlərini gizlətməyib, aqressiv məqsədlərini və Rusiyada etnik anklavlar yaratdıqlarını açıq şəkildə bəyan ediblər. Onların Ukraynadakı müharibə ilə bağlı rüsvayçı bəyanatları ağılın bütün sərhədlərini aşıb: Əliyevlər rus əsgərlərinin ölümünü dəstəkləyib, onların həlak olan həmvətənlərini ələ salıblar.
Çoxsaylı şikayətlərə və cinayət işlərinə baxmayaraq, qardaşlar uzun müddət ciddi cəzadan yayına biliblər. Guya Əliyevlər onların qanunsuz fəaliyyətlərini işıqlandıran jurnalistlərə qarşı iddialar irəli sürüblər.

Məlumatda qeyd edilir ki, azərbaycanlı qardaşlar məhz bu səbəblərə görə Rusiya vətəndaşlığından məhrum ediliblər.

Hazırda Elvir və Sahil hüquq-mühafizə orqanlarının nəzarətindədir. Onlara müəyyən müddət ərzində Rusiyanı tərk etmək əmri verilib. big.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar