Sivasın Ulaş rayonunda baş verən 3,9 bal gücündə zəlzələdən sonra tanınmış geoloq Prof. Dr. Naci Görür bölgə ilə bağlı ciddi xəbərdarlıq edib.
Türk mediası xəbər verir ki, Kayseri ilə Mersin arasında yerləşən Ecemiş fay zonasında 7 bal gücündə zəlzələ ola biləcəyini bildirib.
Prof. Dr. Naci Görür sosial media hesabından verdiyi açıqlamada zəlzələnin Ecemiş fay zonasının Tecer qolunda baş verdiyini bildirib. O qeyd edib:
"Örenlice-Ulaş/Sivasda 4.0 bal gücündə zəlzələ baş verdi. Bu, Ecemiş Fay Zonasının Tecer Fay qolundadır. Bu qol 7 bal gücündə zəlzələ yarada bilər. Sol tərəfli bir qırılmadır. Ecemişs quyusu Mersin quyusuna qədər uzanır" .
Görürün sözlərinə görə, bu fay xətti seysmik cəhətdən aktivdir və potensial böyük zəlzələ riski daşıyır. Onun bu açıqlamaları xüsusilə Kayseri, Niğde, Adana və Mersin bölgələrində yaşayanlar üçün xəbərdaredici siqnal kimi qiymətləndirilir.
Geoloqlar və müvafiq qurumlar zəlzələ riski olan ərazilərdə yaşayan vətəndaşları hazırlıqlı olmağa, tikililərin dayanıqlığını yoxlamağa və fövqəladə hallara dair tədbirləri yenidən gözdən keçirməyə çağırır.milli.az
Xəbər lenti
7 bal gücündə zəlzələ olacaq, hazırlıqlı olun - Professordan xəbərdarlıq - FOTO

Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar