Sizin Reklam Burada
Xəbər lenti
20-04-2026
19-04-2026
BÜTÜN XƏBƏRLƏR

7 bal gücündə zəlzələ olacaq, hazırlıqlı olun - Professordan xəbərdarlıq - FOTO

Tarix: 27-06-2025 11:59     Baxış: 3197 A- / A+

Sivasın Ulaş rayonunda baş verən 3,9 bal gücündə zəlzələdən sonra tanınmış geoloq Prof. Dr. Naci Görür bölgə ilə bağlı ciddi xəbərdarlıq edib.
Türk mediası xəbər verir ki, Kayseri ilə Mersin arasında yerləşən Ecemiş fay zonasında 7 bal gücündə zəlzələ ola biləcəyini bildirib.
Prof. Dr. Naci Görür sosial media hesabından verdiyi açıqlamada zəlzələnin Ecemiş fay zonasının Tecer qolunda baş verdiyini bildirib. O qeyd edib:
"Örenlice-Ulaş/Sivasda 4.0 bal gücündə zəlzələ baş verdi. Bu, Ecemiş Fay Zonasının Tecer Fay qolundadır. Bu qol 7 bal gücündə zəlzələ yarada bilər. Sol tərəfli bir qırılmadır. Ecemişs quyusu Mersin quyusuna qədər uzanır" .
Görürün sözlərinə görə, bu fay xətti seysmik cəhətdən aktivdir və potensial böyük zəlzələ riski daşıyır. Onun bu açıqlamaları xüsusilə Kayseri, Niğde, Adana və Mersin bölgələrində yaşayanlar üçün xəbərdaredici siqnal kimi qiymətləndirilir.
Geoloqlar və müvafiq qurumlar zəlzələ riski olan ərazilərdə yaşayan vətəndaşları hazırlıqlı olmağa, tikililərin dayanıqlığını yoxlamağa və fövqəladə hallara dair tədbirləri yenidən gözdən keçirməyə çağırır.milli.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar