Sizin Reklam Burada
Xəbər lenti
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Tarix: 27-06-2025 09:20     Baxış: 3131 A- / A+
Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranırAfrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efiopiyanın Afar bölgəsinin dərinliklərində “ürək döyüntüsünə” bənzər yeraltı titrəyişlər qeydə alınıb.
Manevr.az Sfera.az -a istinadən xəbər verir ki, bu ritmik hərəkətlər manto qayasının səthə doğru qalxmasına səbəb olaraq, qitənin tədricən ayrılmasına yol açır.
Alimlərin fikrincə, bu proses davam edərsə, Somali, Efiopiyanın bəzi hissələri, Keniya və Tanzaniyanın bir bölümü ayrılaraq yeni bir qitə formalaşdıracaq.              Yeni yaranacaq qitə öz sahil xətti və okeanı ilə mövcud olacaq.
“Nature Geoscience” jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, Afarın altındakı manto sabit deyil və bu döyüntülər tektonik plitələrə təzyiq edərək ayrılmanı sürətləndirir. Afar bölgəsi dünyanın üç böyük tektonik fay xəttinin kəsişdiyi nadir nöqtələrdən biridir.
Alimlər bildirir ki, yeni okeanın yaranması milyonlarla il davam edəcək, lakin bu dəyişiklik artıq zəif çatlar və zəlzələlərlə hiss edilməyə başlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar