Xəbər lenti
Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır
Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efiopiyanın Afar bölgəsinin dərinliklərində “ürək döyüntüsünə” bənzər yeraltı titrəyişlər qeydə alınıb.Manevr.az Sfera.az -a istinadən xəbər verir ki, bu ritmik hərəkətlər manto qayasının səthə doğru qalxmasına səbəb olaraq, qitənin tədricən ayrılmasına yol açır.
Alimlərin fikrincə, bu proses davam edərsə, Somali, Efiopiyanın bəzi hissələri, Keniya və Tanzaniyanın bir bölümü ayrılaraq yeni bir qitə formalaşdıracaq. Yeni yaranacaq qitə öz sahil xətti və okeanı ilə mövcud olacaq.
“Nature Geoscience” jurnalında yayımlanan araşdırmada qeyd olunur ki, Afarın altındakı manto sabit deyil və bu döyüntülər tektonik plitələrə təzyiq edərək ayrılmanı sürətləndirir. Afar bölgəsi dünyanın üç böyük tektonik fay xəttinin kəsişdiyi nadir nöqtələrdən biridir.
Alimlər bildirir ki, yeni okeanın yaranması milyonlarla il davam edəcək, lakin bu dəyişiklik artıq zəif çatlar və zəlzələlərlə hiss edilməyə başlayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































