Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan əsas rəqibini həbsə göndərdi

Tarix: 26-06-2025 08:54     Baxış: 3193 A- / A+
Ermənistanda istintaq “Müqəddəs mübarizə” hərəkatının 16 tərəfdarının həbsi ilə bağlı məhkəməyə vəsatətlər göndərib.

Onların arasında bu gün saxlanılan hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan da var.

Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının saxlanılan lideri, arxiyepiskop Baqrat Qalstanyan haqqında 2 aylıq həbs qətimkan tədbiri ilə bağlı istintaqın vəsatətini təmin edib.

Bundan başqa Hakim Masis Melkonyanın sədrliyi ilə baş tutan məhkəmə prosesi zamanı qondarma “Dağlıq Qarabağ Respublikası”nın deputatı David Qalstyan, Baqrat Qalstyanın köməkçisi Movses Şabatyan, hərəkatın tərəfdarı olan bloger Armen Aleksanyan, istefada olan polkovnik Miqran Maxsudyan, sabiq (ölmüş) hərbçi Ara Rostomyanın atası, hərəkatın fəalları Lidiya Mantaşyan və Aqvan Arşayan haqqında da iki aylıq həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, saxlanılan Tiqran Qalstanyanın həbsi ilə bağlı qərar iyunun 26-da saat 11:00-da açıqlanacaq.

Qeyd edək ki, ümumilikdə istintaq müxalifət hərəkatının 16 üzvünün həbsi ilə bağlı vəsatət qaldırıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar