Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Əsas təhlükə: Qərb Putinə qarşı birləşir

Tarix: 23-06-2025 08:53     Baxış: 446 A- / A+
Britaniya ordusunun baş komandanı general Ser Roland Uokerin Rusiya ilə mübarizə aparmaq üçün konkret planı var.

Bunu “Teleqraf” qəzetinin köşə yazarı Qamiş de Bretton-Qordon bildirib.

“General son çıxışında açıq şəkildə bildirib ki, Britaniya ordusu artıq açıq şəkildə Rusiya ordusuna yönəlib. Orduda sürətli şəkildə yenidən silahlanma prosesi başlayıb.

Avropadakı NATO üzvü olan ölkələr də diqqətlərini Şərqə-Rusiyaya yönəldiblər. Kollektiv şəkildə Avropa ölkələri yaxın zamanda, ABŞ-ın ənənəvi genişmiqyaslı dəstəyi olmasa belə, Putinin ordusunu geridə qoya biləcək gücə sahib olacaqlar”, - general qeyd edib.

Bretton-Qordon həmçinin vurğulayıb ki, dünya bu gün İranla İsrail arasında baş verən gərginliyə diqqət yönəltsə də, əsl təhlükə Vladimir Putindir və o, heç bir halda unudulmamalıdır:

“Putin Ukraynanın mülki əhalisinə qarşı cinayət kampaniyasını davam etdirir. Hər həftə yeni bir hərbi cinayətə imza atır. Son hesabatlar göstərir ki, Kiyevin yaşayış məntəqələrinə qarşı kaset bombalarından istifadə olunur. Bu tip bombalar yalnız geniş ərazilərdə dağıdıcı təsirə malik deyil, eyni zamanda partlamamış sursatlar ərazidə qalıb mina təhlükəsini artırır”.

Müəllif əlavə edib ki, ABŞ-ın hava hücumundan müdafiə sistemlərini Avropadan Yaxın Şərqə yönəltməsi narahatlıq doğurur və bu addım ABŞ Prezidenti Donald Trampın Avropada sabitliyin olmaması səbəbilə məsuliyyətdən çəkildiyini göstərir:

“O, indi diqqətini İranın nüvə proqramını zərərsizləşdirməyə yönəldir və bu məsuliyyətin ən ağır hissəsini İsrailin üzərinə qoymaq istəyir. Ancaq bu yanaşma nə Avropaya, nə də Putinin döyüş maşınını dayandıraraq hamımızı qoruyan cəsur ukraynalılara kömək etmir”. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar