Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qərb biznesi qayıtmağa tələsmir: Rusiyanın ciddi problemləri var - BBC

Tarix: 22-06-2025 21:48     Baxış: 357 A- / A+
Qərb biznesi qayıtmağa tələsmir: Rusiyanın ciddi problemləri var - BBC
Rusiya prezidenti Vladimir Putinin xarici investisiyalar üzrə səlahiyyətli nümayəndəsi Kiril Dmitriyev bildirib ki, bir sıra amerikalı investorlar ölkəyə maraq göstərməyə başlayıb.
Manevr.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Bu gün biz Amerika Ticarət Palatası ilə səhər yeməyi yedik və ABŞ-dan bir çox investor gəlmişdi. Hiss edirik ki, bir çox Amerika şirkəti geri qayıtmaq istəyir. Hesab edirəm ki, ABŞ administrasiyası başa düşür: dialoq və birgə əməkdaşlıq sanksiyalardan daha effektivdir. Sanksiyalar işləmir və sizin biznesinizə ziyan vurur", deyə Dmitriyev bildirib.
Lakin müəllifin qənaətinə görə, Qərb biznesinin böyük miqyasda geri dönməsi ehtimalı azdır – ən azı Rusiya Ukraynaya qarşı müharibəni dayandırmayınca. Bu barədə o, Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Robert Eyci ilə söhbətinə istinadla məlumat verib.
"Mən hesab edirəm ki, vəziyyət aydındır: ABŞ şirkətlərinin qayıdışı barədə ciddi düşünməsi üçün bu münaqişəyə necə isə son qoyulmalıdır", deyə Eyci vurğulayıb.
Jurnalist Eycidən soruşub: "Siz Tramp administrasiyasından Rusiyaya qarşı bəzi sanksiyaların ləğvini istəmisinizmi?"
Eyci cavab verib: "Biz Vaşinqtonda olduq, Amerika sanksiyalarının ABŞ biznesinə təsirini təhlil etdik və bu məlumatı administrasiyaya təqdim etdik".
"Ukraynadakı müharibə fonunda Qərb biznesinin geri dönüşü ideyasının mübahisəli olduğunu düşünürsünüzmü?" sualına isə Eyci belə cavab verib:
"Qərb şirkətləri üç-dörd il əvvəl baş verənlər əsasında qərarlar veriblər. Onlar qərar verəcəklər – qayıtmaq üçün doğru vaxtdır, yoxsa yox".
Məqalənin müəllifinin fikrincə, artıq üç ildən çox davam edən müharibə və genişmiqyaslı sanksiyalar fonunda Rusiya ciddi iqtisadi problemlərlə üz-üzədir. Bunlara yüksək inflyasiya, yüksək faiz dərəcələri, iqtisadi durğunluq və tənəzzül daxildir. Bu problemlərin nə zaman və necə həll olunacağı isə hələlik bəlli deyil.qaynarinfo


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar