Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
20-10-2025
BÜTÜN XƏBƏRLƏR

İsrailin İrana hücumlarının əsas səbəbkarının ABŞ olduğu müəyyənləşdi - Pezeşkian

Tarix: 22-06-2025 19:04     Baxış: 364 A- / A+

ABŞ-nin ötən gecə İranın bəzi nüvə obyektlərinə hücumu İsrailin İrana hərbi hava hücumlarının səbəbkarının ABŞ olduğunu göstərdi. 

Manevr.az
-ın məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, ilk başda ABŞ tərəfi İsrailin İrana hücumunda əlinin olduğunu gizlətməyə çalışsa da, lakin İran silahlı qüvvələrinin qətiyyətli cavabından sonra Birləşmiş Ştatlar özü məsələyə müdaxilə edib.
İran prezidenti Birləşmiş Ştatların İranın bəzi nüvə obyektlərinə hava hücumunu sərt şəkildə qınayıb.
"İran silahlı qüvvələrinin bu gün səhər İsrailə güclü hücumları əslində Amerikanın siyasətlərinə cavabdır. Çünki İsrail təklikdə İrana təcavüz etmək gücünə sahib deyil", - deyə o qeyd edib.
İran prezidenti deyib ki, İran vilayətlərində müxtəlif səviyyəli rəsmilər hazırkı böhranlı şəraitdə təşəbbüslə vilayət problemlərini aradan qaldırmağa və problemləri həll etməyə çalışmalıdır. Ölkə limanlarında məhsulların buraxılması prosesi sürətləndirilməli, Daxili İşlər Nazirliyi, İqtisadi İşlər və Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi prosesə dəqiq və davamlı nəzarət etməlidir.trend

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar