Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Pakistan ABŞ-ı hərbi cinayətdə ittiham etdi: “İrana qarşı aqressiya..."

Tarix: 22-06-2025 15:28     Baxış: 354 A- / A+
Pakistan ABŞ-ı hərbi cinayətdə ittiham etdi: “İrana qarşı aqressiya..."
ABŞ-ın İrana qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi hücumlar beynəlxalq aləmdə ciddi narahatlıqla qarşılanmaqdadır.
Manevr.az xəbər verir ki, ciddi reaksiya verən ilk ölkələrdən biri isə Pakistan olub. Pakistan parlamentinin Müdafiə Komitəsinin sədri çıxış edərək, Birləşmiş Ştatların bu addımını açıq şəkildə “hərbi cinayət” adlandırıb.
Komitə rəhbərinin sözlərinə görə, ABŞ-ın İrana qarşı tətbiq etdiyi güc beynəlxalq hüququn və BMT Nizamnaməsinin əsas prinsiplərinin kobud şəkildə pozulması deməkdir:
“Bu cür birbaşa hərbi müdaxilə beynəlxalq hüquq normalarını ayaq altına atmaqla yanaşı, bölgədə yeni və daha təhlükəli müharibələrin başlanğıc nöqtəsinə çevrilə bilər,” – deyə o vurğulayıb.
Pakistan rəsmisi əlavə edib ki, ABŞ-ın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hücum bir ölkənin suverenliyinə qarşı yönəlmiş aktdır və bunun nəticələrinin yalnız region üçün deyil, qlobal sülh və təhlükəsizlik üçün də ağır ola biləcəyini qeyd edib.
“Biz ABŞ-ın bu hərəkətini təkcə siyasi məsuliyyətsizlik kimi deyil, həm də bəşəriyyətə qarşı yönəlmiş hərbi cinayət kimi dəyərləndiririk. Belə bir addım regionda milyonlarla insanın həyatını təhlükə altına qoyur,” – deyə komitə rəhbəri bəyan edib.musavat.com



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar