Sizin Reklam Burada
Xəbər lenti
06-08-2025
05-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır

Tarix: 11-06-2025 21:30     Baxış: 358 A- / A+
Ermənistandan gələn yük maşınlarıGürcüstana buraxılmır

Ermənistan-Gürcüstan sərhəd-keçid məntəqəsində problem yaranıb. Ermənistandan gələn yük maşınları Gürcüstana buraxılmır.
 
Manevr.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. Bildirilir ki, gömrük xidmətləri erməni yük maşınlarının Gürcüstana buraxılmasını müvəqqəti dayandırıb. Hazırda hər iki tərəfdə mindən çox yük və minik avtomobili dayanıb.
 
Qərar son vaxtlar Gürcüstanın keçid məntəqələrində avtomobillərin yığılması nəzərə alınaraq qəbul edilib. Gürcüstan tərəfində problem həll olunduqdan – avtomobillərin buraxılışı tənzimlənəndən sonra keçid açılacaq.
 
Bu arada Ermənistan tərəfi nəqliyyat vasitələrinin öz ölkələrinin ərazisində növbəyə durmasını təklif edir. Ermənistan İqtisadiyyat Nazirliyi bildirir ki, İrəvan hələ də rəsmi Tbilisidən erməni konyakının Rusiyaya tranziti zamanı sərhəddə baş verən gecikmələrlə bağlı izahat almayıb.
 
Artıq İrəvanda Gürcüstan səfirliyinin binası qarşısında bir neçə etiraz aksiyası keçirilib.
 
Qeyd edək ki, iyunun 6-da Gürcüstanın kənd təsərrüfatı naziri Ermənistana səfər etməli idi, lakin son anda səfər ləğv olunub.
 
Bəzi məlumatlara görə, erməni sürücülər Ermənistana qayıdarkən ucuz qiymətə gürcü konyakı alıb aparırlar. Sonra da bu konyakı Ermənistanda qablaşdıraraq Rusya bazarına erməni konyakı adı ilə göndərirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar