“Köçəryanın və ya Serjin komandasında olan və ya olacaq şəxslərin siyasi gələcəyi ola bilməz. Bu qüvvələr keçmişin qüvvələri və siyasi sahənin dinozavrlarıdır”.
Manevr.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan öz Teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Ermənistanda yeni hakimiyyət qurulsa belə, həmin siyasi dairələrdən olmayacaq. “Partiya dəyişmək, bığ uzatmaq, saç boyamaq heç kimi xilas etməyəcək”, - o qeyd edib.
Bütün ermənilərin katalikosu II Qaragenin yenisi ilə əvəz olunacağını qeyd edən spiker bildirib ki, Erməni Apostol Kilsəsinin yeni katolikosu olacaq. “Dayının arvadı ilə gəzmək və ya nikahsız övlada sahib olma kimi suallara cavab verməmək üçün bu gün yüksək dəyərlərdən, müqəddəs şeylərdən, hətta kosmosdan danışan bütün din xadimləri və şəxslər yeni reallıqla üzləşəcəklər, ya da köhnə ilə gedəcəklər. Susmaq daha yaxşıdır!
Müxalifət bütün gözləntiləri aşaraq, əvvəlki onilliklərin səhvləri və hərəkətləri dövrəsini təkrarladı, hakimiyyət isə əlində popkornla impiçmentləri, seçilməmiş baş nazirləri və tamah və qəzəbdən kor olanların yarışını seyr etməkdə davam edir”, - Simonyan vurğulayıb.
O əlavə edib ki, Eçmiədzində kimsə “təhlükə keçənə qədər mağarada qalmaq” taktikasının nəyisə dəyişəcəyini düşünürsə, yanılır: “Əgər həmin çevrədə qanunsuz əməllər törətməyin çarə olacağını, qara xalat geyinməyin onu qanun qarşısında məsuliyyətdən azad edəcəyini düşünən şəxs varsa, yenə yanılır.
Ermənistan Respublikasında hakimiyyət xalqındır: sizin maaşınızla dolanan jurnalistlərin deyil, bizdən vəzifə almayıb yenisini gözləyənlərin deyil, facebookda Rusiyadan və Amerikadan savadsız şeylər yazan xala və dayıların deyil. Əgər hakimiyyət istəyirsənsə, bacarırsansa, o zaman xalqın yanına get”.ölkə.az
Xəbər lenti
Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar