Sizin Reklam Burada
Xəbər lenti
02-09-2025
01-09-2025
BÜTÜN XƏBƏRLƏR

Berbok BMT Baş Assambleyasının Prezidenti seçildi

Tarix: 02-06-2025 21:34     Baxış: 3155 A- / A+
Berbok BMT Baş Assambleyasının Prezidenti seçildi

Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.
 
Manevr.az xəbər verir ki, səsvermədə BMT-yə üzv olan 188 ölkə iştirak edib, onlardan 14-ü bitərəf qalıb. Berbok 167 səs toplayaraq rəqibi Helga Şmidti geridə qoyub.
 
Yeni seçilmiş prezident çıxışında fəaliyyət dövründəki əsas prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, təşkilatın 21-ci əsrin tələblərinə uyğunlaşdırılması və üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurulması başlıca məqsədlərindən biri olacaq.
 
Berbok eyni zamanda, “Gələcək üçün Pakt”ın əhəmiyyətini vurğulayıb və BMT-nin hər kəsi əhatə edən qlobal təşkilat kimi gücləndirilməsinin vacibliyini qeyd edib.
 
Qeyd edək ki, Berbok sentyabr ayında vəzifəsinin icrasına başlayacaq və bir il ərzində BMT Baş Assambleyasına rəhbərlik edəcək. O, Assambleyaya rəhbərlik edəcək ilk avropalı qadın, ümumilikdə isə bu vəzifəyə seçilmiş beşinci qadındır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar