Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İsveçrənin 370 min bunkeri var: Onlar xalqı nüvə hücumundan qoruya biləcəkmi?

Tarix: 30-05-2025 17:43     Baxış: 3131 A- / A+
İsveçrənin 370 min bunkeri var: Onlar xalqı nüvə hücumundan qoruya biləcəkmi?
İsveçrə dünya üzrə adambaşına düşən bunker sayı baxımından lider ölkədir. Ölkədə 370 mindən çox nüvə sığınacağı mövcuddur ki, bu da 9 milyona yaxın əhalinin hər bir üzvünü fövqəladə vəziyyətdə qorumağa kifayət edir. Bəs bu bunkerlər həqiqətən də isveçrəliləri nüvə fəlakəti və ya digər fövqəladə hallardan qorumağa qadirdirmi?

"The Guardian" xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin 2022-ci ildə başlamasından sonra İsveçrədəki sığınacaqlara maraq kəskin artıb. Lütsern şəhərində yerləşən Zonnenberq bunkerinin əsas operatoru və bələdçisi Zora Şelbertin sözlərinə görə, həmin ilin fevral ayında elektron poçtuna və telefonuna yüzlərlə sual daxil olub.

"İnsanlar məndən hansı tədbirlər görməli olduqlarını və hara getməli olduqlarını soruşurdular", deyə Şelbert bildirib. O, əvvəlcə bunun zarafat olduğunu düşünüb, çünki onun təmsil etdiyi "Unterirdisch Überleben" (Yer altında sağ qalma) təşkilatı bir tarixi cəmiyyət olub, mülki müdafiə qurumu deyil. Buna baxmayaraq, o, sualları ciddi qəbul edərək insanları aidiyyəti qurumlara yönləndirib.

Sistem güclüdür, amma zəif cəhətləri də var

İsveçrənin mülki müdafiə sistemi dünyanın ən güclülərindən biri hesab olunur. 1963-cü ildən qüvvədə olan qanuna əsasən, ölkədə hər bir vətəndaş üçün sığınacaq yeri təmin edilməlidir. Yeni tikilən yaşayış binalarında ya fərdi bunker olmalı, ya da yaxınlıqdakı ictimai sığınacaq tikintisinə maliyyə ayrılmalıdır. Bu sığınacaqlardakı havalandırma sistemləri təxminən 40 il işləmək üçün nəzərdə tutulub və onların saxlanma xərcləri illik sığorta haqlarına bərabərdir.

İsveçrənin federal mülki müdafiə və təlim direktoru Daniel Jordi bildirir ki, 2022-ci ilə qədər əhalinin və siyasətçilərin əksəriyyəti sığınacaqları lazımsız hesab edirdi, lakin müharibə bu fikri dəyişib.

Bern Universitetindən tarix professoru Silviya Berqer də bu dəyişikliyi təsdiqləyir: "Biz hələ tamamlanmamış ictimai rəyin transformasiyası prosesindəyik".
Bununla belə, bəzi mütəxəssislər mövcud sistemin tam etibarlı olduğuna şübhə ilə yanaşır. Məsələn, 1987-ci ildə Lütserndəki Zonnenberq komanda mərkəzində keçirilən testlər zamanı 1,5 metr qalınlığında olan dörd beton qapıdan biri tam bağlana bilməmişdi. Bu səbəbdən, bunkerə qəbul edilə biləcək insanların sayı 20 min nəfərdən 2 minə endirilmişdi.

Bunker həyatı: saxlanc yeri və ya qoruyucu qalxan?

Hazırda bunkerlərin çoxu anbar, şərab zirzəmisi, sauna və ya peyntbol oyun sahəsi kimi istifadə olunur. Lakin Daniel Jordi qeyd edir ki, bu da planın bir hissəsi olub: 

"Biz elə bir sistem istəmişdik ki, gündəlik məqsədlərlə istifadə edilsin, amma lazım olduqda tez bir zamanda qoruyucu sığınacağa çevrilə bilsin".

Ekspertlər bildirirlər ki, texniki çətinliklərə və şübhələrə baxmayaraq, İsveçrə bu unikal mülki müdafiə yanaşmasını dəstəkləməyə davam edir. Bunkerlər artıq ölkənin milli kimliyinin bir hissəsinə çevrilib.

Lakin hamı yeraltında yaşamağın qlobal fəlakət zamanı həqiqi çıxış yolu olduğuna əmin deyil. Zonnenberq sığınacağına gəlmiş yaşlı bir norveçli turistin zarafatla dediyi kimi: 

"Əgər isveçrəlilər yerin altına iki həftəlik girsələr, oradan çıxdıqda belə, sağ qala bilməyəcəklər. Onların əsas müdafiəsi pullarıdır"./qaynarinfo

Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar