Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur

Tarix: 22-05-2025 16:15     Baxış: 3108 A- / A+

Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq, daha yeni dövrə doğru gedirik. Bu qədər sürətlə dəyişən dünyada qiyamçıların zehniyyətini qoruyub saxlayan konstitusiya ilə irəli getmək olarmı? Məgər 40 il ərzində qiyamçıların yazdığı konstitusiya ilə cəmiyyəti birləşdirməyin nə qədər çətin olduğunu görmədikmi? Bu gün yaşadığımız bir çox problemlərin əsasının çevriliş konstitusiyası olduğunu bilməyən varmı?
Manevr.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Siyasi həyatım boyu Türkiyənin sivil, demokratik və liberal konstitusiyaya ehtiyacı olduğunu ifadə etmişəm. Bu gün də eyni fikirdəyəm. Türkiyə qiyamçıların yazıb irəli sürdüyü konstitusiya ilə artıq gələcəyə doğru gedə bilməz. İndi dövlət çevrilişi edənlərin deyil, mülki şəxslərin irəli sürdüyü konstitusiya lazımdır. AKP olaraq bunun üzərində işləyirik. Məsələ ilə bağlı müəyyən tapşırıqlar da vermişik. İlk dörd maddədə heç bir problem yoxdur. Yəni AKP olaraq bizim də, digər siyasi partiyaların çoxununda belə bir problemi yoxdur. Belə bir problem olmadığı üçün biz ancaq yol xəritəsini müəyyən edəcəyik. Eyni zamanda bildirmək istəyirəm ki, yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Yenidən seçilmək və ya yenidən namizəd olmaq fikrim yoxdur. Bizim qayğımız ondan ibarətdir ki, atacağımız addımlarla ölkəmizin nüfuzunu necə yüksəldə bilərik”, - Ərdoğan əlavə edib.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar