Xəbər lenti
Süni intellekt “Eurovision 2025”in qalib ölkəsini açıqladı

Bu axşam keçiriləcək “Eurovision 2025” finalının qalibini əvvəlcədən proqnozlaşdırmağa çalışan “Eurovoix platforması və “The Model” adlı süni intellekt əsaslı sistem yarışmanın qalibini elan edib.
Manevr.az xəbər verir ki, çoxsaylı hesablamalara əsaslanan bu süni intellekt proqnozuna görə, “Eurovision 2025”in qalibi İsveç olacaq.
Ölkəni KAJ qrupu və onların yadda qalan “Bara Bada Bastu” adlı mahnısı təmsil edir.
Bu, sadəcə bir təxmin deyil. Sistem müxtəlif məlumat mənbələrini – mərc əmsallarını, ictimai reytinqləri, əvvəlki illərin səsvermə modellərini və daha bir çox faktoru analiz edir. Həssaslığı o qədər yüksəkdir ki, nəticəni maksimum dəqiqliklə proqnozlaşdırmaq üçün hər detal nəzərə alınır.
Rəqəmsal modelin hesablamalarına görə, İsveç münsiflər heyətindən 248, televiziya tamaşaçılarından isə 350 xal alaraq ümumilikdə 598 xalla qalib gələcək. Lakin süni intellektin proqnozuna əsasən, Fransanın cəmi 18 xal geridə olması sürprizlər üçün açıq qapı saxlayır.
Süni intellektin bu axşamkı final üçün xal proqnozları:
Ölkə | Münsif xalları | Tamaşaçı xalları | Ümumi xal |
İsveç | 248 | 350 | 598 |
Fransa | 370 | 210 | 580 |
Avstriya | 253 | 225 | 478 |
Finlandiya | 89 | 276 | 365 |
İsveçrə | 276 | 20 | 296 |
Niderland | 221 | 38 | 259 |
Albaniya | 62 | 113 | 175 |
Estoniya | 6 | 141 | 147 |
İtaliya | 79 | 62 | 141 |
Norveç | 57 | 58 | 115 |
Almaniya | 37 | 77 | 114 |
İsrail | 26 | 87 | 113 |
Yunanıstan | 73 | 39 | 112 |
Malta | 27 | 77 | 104 |
İspaniya | 41 | 53 | 94 |
Litva | 30 | 60 | 90 |
Polşa | 11 | 65 | 76 |
İslandiya | 0 | 73 | 73 |
Danimarka | 43 | 27 | 70 |
Portuqaliya | 58 | 11 | 69 |
San-Marino | 16 | 48 | 64 |
Böyük Britaniya | 37 | 21 | 58 |
Lüksemburq | 47 | 8 | 55 |
Ukrayna | 13 | 31 | 44 |
Latviya | 23 | 12 | 35 |
Ermənistan | 3 | 22 | 25 |
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar