Sizin Reklam Burada
Xəbər lenti
03-02-2026
02-02-2026
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib

Tarix: 16-05-2025 22:07     Baxış: 3217 A- / A+
Ərdoğan: Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib
Türkiyə terrorla mübarizəyə iki trilyon dollar xərcləyib.
Manevr.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bir gənclik festivalı” proqramında çıxışında deyib.
O bildirib ki, terror nəticəsində Türkiyədəki qardaşlığa zərbə dəyib: “İndi ölkəmizi, millətimizi bu bəladan tamamilə xilas etmək üçün çox həssas və qətiyyətli addımlar atırıq. İnşallah, hədəfə çatana qədər dayanmayacağıq. Terrorsuz Türkiyə mənzilinə mütləq çatacağıq”.
R.T.Ərdoğan vurğulayıb ki, terror təşkilatı özünü ləğv etdiyini, silahları buraxacağını açıqlayanda içəridə bəziləri bundan narahat oldular.
"Ekranlarda üzləri düşənlərimi axtarırsınız, sütunlarında qara bağlayanlarımı axtarırsınız? Terror təşkilatına gedib, az qala, "etməyin, eləməyin, terroru buraxmayın" deyə yalvaracaqlar. Bu günə qədər terrordan bəsləndilər. Terror bitsə, dəzgahları dağılacaq, istismar sahələri yox olacaq, ideologiyalarının qumdan qalaları dağılacaq. Ona görə fəryad-fəğan edərək ətrafı bulandırmağa çalışırlar. Biz artıq bu müsibətdən qalıcı və qəti olaraq qurtulmaq istəyirik", - Türkiyə Prezidenti əlavə edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar