Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin sui-qəsd qorxusu: Kremldən çıxmır, görün harada gizlənir

Tarix: 16-05-2025 12:19     Baxış: 3150 A- / A+

İddialara görə, Putin sui-qəsd qorxusu səbəbindən Kremlin möhkəm təhlükəsizlik mexanizmindən çıxmaqdan yayınır.
Manevr.az xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” qəzeti yazıb.
İddia olunu ki, Rusiya lideri Kremli nadir hallarda tərk edir. Çünki o, Kremlə müxalif mövqedə olanlara və ya yaxın çevrəsindəki insanlara etibar etmir. Həmçinin, 72 yaşlı lider sui-qəsd qorxusu səbəbindən ehtiyat tədbirlərini də artırıb.
Mütəxəssislər iddia edir ki, Putin Ukrayna lideri Vladimir Zelenski ilə qarşılaşmaqdan tərəddüd etdiyi üçün Türkiyədə keçirilən sammitə qatılmayıb. Qərb kəşfiyyatı isə Putinin təkcə sui-qəsddən qorxmadığını, həm də özünü müharibə siyasətindən də xoflandığını irəli sürür.
Hətta iddialara görə, Rusiya lideri 2023-cü ildə gülləkeçirməz jilet geyinməyə başlayıb. Həmçinin o, öz mühafizəçilərinə də güvənmir. Gizli mənbələrdən əldə edilən məlumata görə, Putin tez-tez öz təhlükəsizlik xidmətlərinə harada olması barədə yalan məlumatlar verir.
Britaniyanın rus kəşfiyyatçı analitiki xəbərdarlıq edib ki, Rusiyada Putin üçün işlər pisdir və Moskvada yaxşı qərarlar qəbul edə bilməyən liderin başına nə gələcəyi aydındır.publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar