Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

ChatGPT-yə fal baxdıran qadın ərini evdən qovdu

Tarix: 15-05-2025 15:42     Baxış: 3148 A- / A+
 
Qəhvə falı əvvəllər əyləncəli vərdiş olsa da, bu dəfə ciddi böhrana səbəb olub. Belə ki, Yunanıstanda bir qadın süni intellektə qəhvə fincanının fotosunu göndərib. ChatGPT-nin xəyanət eyhamları boşanmaya səbəb olub.
Manevr.az xəbər verir ki, qadın qəhvəni içdikdən sonra fincanının fotosunu çəkərək ChatGPT-yə göndərib və aldığı fal yozumundan şoka düşüb.
Süni intellekt falı qadının həyat yoldaşının "ailəyə çox yaxın olan, adı E hərfi ilə başlayan gənc qadınla" münasibət qurmaq istədiyini bildirib.
Qadın bu şərhi doğru qəbul edib və ərini evdən qovub, uşaqlarına ondan boşanmaq qərarına gəldiyini bildirib. 
Qadının əri isə həyat yoldaşının bəzən yeni tendensiyalarla maraqlandığını və son vaxtlar taleyini izah etmək üçün ChatGPT-dən istifadə etdiyini söyləyib. Bildirib ki, həyat yoldaşının əhvalını pozmaq istəmədiyi üçün bu barədə heç nə deməyib:
"Yazıda E hərfi ilə başlayan bir gənc qadını düşündüyüm və onunla münasibət qurmaq istədiyim deyilirdi. Buna güldüm, amma həyat yoldaşım bunun gerçək olduğunu düşünüb məni evdən uzaqlaşdırdı".
Qadın məhkəməyə müraciət etdikdən sonra kişinin vəkili Phoebus Stroungaris açıqlama verib. O, müvəkkilinin günahsız olduğunu və uşaqların qəyyumluğu üçün əks iddia qaldırıldığını bildirib.musavat.com 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar