Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən kasıb prezidenti öldü - FOTO

Tarix: 14-05-2025 10:31     Baxış: 4101 A- / A+

Təvazökar həyat tərzi ilə bütün dünyada tanınan, Uruqvayın keçmiş prezidenti Xose "Pepe" Muxika 89 yaşında Montevideoda dünyasını dəyişib.
Manevr.az milli.az-a istinadla xəbər verir ki, Uruqvay prezidenti Yamandu Orsi bu xəbəri sosial media hesabında açıqlayaraq, Muxikanın paytaxt Montevideoda vəfat etdiyini bildirib:
"Yoldaşımız Pepe Mujicanın vəfatını dərin hüznlə bildiririk. Prezident, mübariz, lider və qabaqcıl... Biz sizin üçün çox darıxacağıq. Bizə verdiyiniz hər şeyə və xalqınıza göstərdiyiniz dərin sevgiyə görə təşəkkür edirik" .
Muxika 2021-ci ildə qida borusunda bədxassəli şiş diaqnozu aldığını açıqlamış və aktiv siyasətdən çəkildiyini bildirmişdi. Son illərini Montevideonun kənd bölgəsindəki sadə fermasında keçirən Muxika, səhhətindəki problemlərə baxmayaraq zaman-zaman ictimaiyyət qarşısına çıxaraq mesajlar verməyə davam edirdi.
2009-cu ildə keçirilən seçkilərdə qalib gələn Xose Muxika 2010-2015-ci illərdə Uruqvaya prezidentlik etmişdi. O, prezidentliyi dövründə maaşının böyük hissəsini xeyriyyə işlərinə bağışlaması, şəxsi avtomobili kimi 1987-ci il istehsalı köhnə "Volkswagen Beetle" sürməsi və təmtəraqlı iqamətgah yerinə kənd evində yaşaması ilə "dünyanın ən kasıb prezidenti" kimi tanınıb.
Muxikanın vəfatı yalnız Uruqvayda deyil, bütün dünyada sadəlik və dürüst siyasət nümunəsi kimi qiymətləndirilən bir liderin itkisi kimi qeyd olunur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar