Xəbər lenti
PKK liderlərinin taleyi necə olacaq? - Gedəcəkləri ölkələrin adları açıqlandı

Manevr.az xəbər verir ki, Təyyar bununla bağlı proses daxilindən bir şəxslə danışdığını bildirib.
Onun sözlərinə görə, PKK-nın lideri Abdullah Öcalan araya girərək təşkilat daxilindəki münaqişələri həll edib:
“Silahlar Türkiyənin nəzarəti altında Süleymaniyyə və Ərbildə təslim ediləcək. Terror təşkilatının 300-ə yaxın qondarma lideri Cənubi Afrika və Norveç kimi üçüncü ölkələrə gedəcək. Cinayətlə əlaqəsi olmayan təşkilat üzvləri şəxsiyyət vəsiqələrini daşıdıqları ölkələrə qayıdacaq, 4 minə yaxın Türkiyə Cümhuriyyəti vətəndaşı isə mərhələli şəkildə sərhəddə nəzarətə götürüləcək. Terror sona çatdıqdan sonra qəyyum təyin olunan bələdiyyə başçıları vəzifələrinə qaytarıla bilər”.
Təyyar həmçinin qeyd edib ki, masada verilən qərarlar deyil, sahədəki təcrübələr prosesin gedişatını konkretləşdirəcək:
“Birinci mərhələdə Diyarbəkirli uşaqların geri qaytarılması təmin ediləcək. Öcalan İmralıda qalacaq. ABŞ və Fransa kimi qarant ölkələr olmayacaq. Təşkilat tərkibində olan yaşlılar və xəstələrin sərbəst buraxılması üçün tədbirlər görüləcək. Konstitusiyada cinayət qanunvericiliyi yenidən qurulacaq, sonrakı mərhələdə sosial konsensus formalaşdıqda qismən amnistiya gündəmə gələ bilər.
Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) yenidən strukturlaşması qaçılmaz olacaq, lakin PKK adından istifadə edə bilməyəcək. Türkiyə təşkilatdan qoparaq yeni struktur formalaşdıra bilmə ehtimalı qarşısında uzun müddət bölgədən çəkilməyəcək. Suriyadakı YPG strukturu Dəməşq rəhbərliyi ilə birlikdə planlaşdırılacaq. Təşkilatın suriyalı olmayan üzvləri sərhəddən çıxarılacaq, qalanlar isə Suriya ordusuna qatılacaq”.publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar