Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Hindistan və Pakistan buna görə 3 dəfə müharibə edib

Tarix: 11-05-2025 18:13     Baxış: 3142 A- / A+

Hindistan və Pakistan kimi iki nüvə gücü arasındakı aşağı intensivlikli müharibə bütün dünyada ciddi narahatlıq doğurur. Bu toqquşmaların regional balansı poza, hətta qlobal münaqişələrə səbəb ola biləcəyi qeyd olunur. Münaqişənin əsas səbəbi isə tərəflər arasında uzun illərdir həll olunmayan Kəşmir bölgəsi problemidir.
Manevr.az axar.az-a istinadən bildirir ki,  bu barədə danışan Hindistanın tanınmış tarixçilərindən olan Sajal Nag iki ölkənin həm Kəşmir, həm də Banqladeş məsələləri ilə bağlı indiyə qədər üç dəfə müharibə apardığını xatırladıb.
"Barışıq ancaq hər iki xalqın öz tarixi ilə üzləşməsi və birgə keçmişlərini qəbul etməsi ilə mümkündür. Hindistan və Pakistan arasındakı münaqişələrin əsasında tarixi bir travma və sağalmayan bir yara dayanır. Münaqişənin iqtisadi və beynəlxalq aspektləri olsa da, əsasən bu qarşıdurmalar bir cəmiyyət və mədəniyyət travmasının izlərini daşıyır. Müsəlman və hind kimlikləri üzərindən baş verən bölünmə böyük kütləvi qırğınlarla nəticələndi və bu, iki xalqın ortaq gələcək qurmaq şansını demək olar ki, həmişə əngəllədi", - o bildirib.
Qeyd edək ki, ötən gün Pakistan və Hindistan arasında atəşkəs barədə razılıq əldə edilib. Daha sonra isə iki ölkə arasında atəşkəsin pozulduğuna dair görüntülər yayılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar