Beynəlxalq “Ocean Discovery League” təşkilatından olan alimlər qrupu müəyyən edib ki, son 70 il ərzində bəşəriyyət okean dibinin yalnız cüzi bir hissəsini – təxminən 3 min kvadrat kilometr və ya ümumi sahəsinin 0,001 %-ni öyrənib.
Manevr.az xəbər verir ki, tədqiqat “Science Advances” (SciAdv) elmi jurnalında dərc edilib.
200 metr dərinlikdən başlayan dərin su zonaları Yerdə həyatın qorunmasında əsas rol oynayır. Onlar iqlimi tənzimləyir, oksigen istehsal edir və inqilabi tibbi kəşfləri ehtiva edə bilər.
Tədqiqat elmi səylərin son dərəcə qeyri-bərabər paylandığını göstərib. Məlumatların əksəriyyəti cəmi beş ölkə tərəfindən toplanıb: ABŞ, Yaponiya, Yeni Zelandiya, Fransa və Almaniya.
Alimləri xüsusilə narahat edən məsələ bütün müşahidələrin 65 %-nin üç dövlətin sahil zonalarında cəmləşməsidir. Eyni zamanda, əldə edilmiş məlumatların təxminən üçdə biri köhnəlib – onlar hələ 1980-ci ildən əvvəl primitiv ağ-qara kameralar vasitəsilə toplanıb. Abissal düzənliklər və sualtı dağlar da daxil olmaqla, okean dibinin böyük hissələri, demək olar, tədqiq edilməyib.
“Biz okeanın idarə edilməsi ilə bağlı qərarları böyük şəhərlə müqayisə edilə bilən sahədən əldə edilən məlumatlara əsaslanaraq qəbul edirik”, – araşdırmanın aparıcı müəllifi doktor Keti Kroff Bell qeyd edib.
Mütəxəssislərin nəticələri 1958-ci ildən bəri həyata keçirilən 44 min dərin su dalışının təhlilinə əsaslanır. Müəlliflərin sözlərinə görə, sonuclar müasir okeanqrafik modellərin obyektivliyini şübhə altına alır.(report)
Xəbər lenti
Alimlərdən okeanların dərinlikləri haqqında etiraf

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar