Xəbər lenti
İsrail ordusunun 2 hərbçisi həlak olub, 12 nəfər isə yaralanıb
Qəzza zolağının cənubundakı Rəfah bölgəsində içərisində olduqları binanın partlaması və uçması nəticəsində çoxlu sayda İsrail əsgəri dağıntılar altında qalıb.Manevr.az xəbər verir ki, bu haqda Qətərin əl-Cəzira telekanalı məlumat yayıb.
İsrail saytları daha əvvəl Rəfəhdə partlayış və binanın çökməsi nəticəsində bir əsgərin öldüyünü, digərlərinin isə dağıntılar altında qaldığını bildirmişdi.
Daha sonra İsrail mətbuatında yayılan məlumata görə isə hadisə zamanı azı iki nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Hərbi Hava Qüvvələri yaralıları Qəzza zolağından çıxarmaq və Aşkelondakı Barzilai xəstəxanasına çatdırmaq üçün helikopterlər göndərib.
Məlumatda qeyd olunur ki, partlayıcı qurğunun işə salınması binanın uçmasına səbəb olub və nəticədə İsrail əsgərləri dağıntılar altında qalıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































