Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Tarix: 08-05-2025 09:03     Baxış: 394 A- / A+
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Xristian Demokrat və Xristian Sosial Birliklərinin mühafizəkar blokundan Almaniya kansleri vəzifəsinə namizəd olan Fridrix Merz qalib gəlib. 
Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.O, ilk cəhddə 310 səs toplamışdı. Əslində bu, gözlənilən idi. F.Merz kanslerliyə əsas namizəd idi. O, keçmiş hakimiyyəti sərt tənqid edirdi. F.Merz hələ namizədlik dövründə demişdi ki, əgər hakimiyyətə gəlsə iqtisadi və miqrasiya siyasətində əsaslı dəyişikliklər edəcək. Onun nə qədər uğurlu olub -olmayacağını zaman göstərəcək.
Bəs onun seçilməsi digər ölkələrə necə təsir edəcək?
Manevr.az xəbər verir ki, mövzu ilə bağlı siyasi ekspert Kənan Novruzov açıqlama verib:
"Yeni kanslerin işi heç də asan olmayacaq. Çünki Almaniya daxilində köklü problemlər var. Onların yaxın gələcək üçün birdəfəlik həlli demək olar mümkün deyil.
İkinci bir tərəfdən isə ölkənin xarici siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilmir. Bəzi regional məsələlərlə bağlı epizodik redaktələr edilə bilər. Amma bu dəyişikliklər ciddi nəticə ilə yadda qalmayacaq.
Məsələ burasındadır ki, bu gün dünyada çox ciddi geosiyasi proseslər gedir. Dünya nizamı yenidən formalaşır. Belə bir vəziyyətdə dünya dövlətlərinin ənənəvi siyasətlərindən imtina edib, ani manevr etmələri mövcud xaosu daha da dərinləşdirə bilmir. Odur ki, rəsmi Berlin buna getməyəcək. Və Avropanın güclü aktorlarından biri kimi ənənəvi siyasətini davam etdirəcək. Ümumiyyətlə, Almaniyanın xarici siyasətində ciddi dəyişiklik olmayacaq. Bu, Cənubi Qafqaz regionu ilə bağlı da belə olacaq".
O, qeyd edib ki, F.Merz təcrübəli siyasətçi olsa da, heç vaxt fərqlənməyib. Onun diqqət göstərdiyi əsas sahələrdən biri miqrasiya, o cümlədən qanunsuz miqrasiyaya qarşı mübarizədir. Bu məsələ Almaniyanın yeni iqtidarı dövründə, yəqin ki, prioritet olacaq. Dünya dövlətləri ilə münasibət isə aşağı-yuxarı olduğu kimi davam edəcək.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar