Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkənin universitetlərində hicab qadağan olunacaq

Tarix: 06-05-2025 22:07     Baxış: 4214 A- / A+
Fransanın daxili işlər naziri Bruno Retailleau universitetlərdə hicabın qadağan olunmasını dəstəklədiyini bildirib. Nazir bu barədə qatıldığı televiziya proqramında çıxış edərkən fikirlərini bölüşüb.
Retailleau, aparıcının “Universitetlərdə hicabın qadağan olunmasını istəyirsinizmi?” sualına “Bəli, bunu istəyirəm” cavabını verərək, ölkədə yeni bir müzakirənin əsasını qoyub.
O, hicabı “klassik İslama uyğun olmayan, öz dəyərlərini zorla qəbul etdirməyə çalışan islamçılığın simvolu” kimi qiymətləndirib və bu tendensiyanın qadınların statusunu aşağıladığını iddia edib.
Nazir, mövqeyinin islamofobik olmadığını vurğulayıb və məsələnin düzgün şəkildə izah edilməsinin vacibliyini qeyd edib: “Müsəlman vətəndaşlarımız özlərini hədəf aldığımızı düşünməsin. Mən əksinə, siyasi islamın inanc sahiblərinin inanclarını pozduğunu düşünürəm. Bu fərqi ayırd etməyimiz bizim xeyrimizə olar”.
Qeyd edək ki, Fransada hicabla bağlı qadağalar uzun müddətdir tətbiq olunur. 2004-cü ildə məktəblərdə dini simvolların istifadəsi qadağan edilib. 2010-cu ildə isə ictimai yerlərdə niqab tamamilə qadağa olunub və pozanlara 1500 avro cərimə nəzərdə tutulub.
Bundan əlavə, məktəb ekskursiyalarında iştirak edən anaların da hicab taxmasına məhdudiyyət gətirilməsi cəhdləri olub. Lakin bu qayda 2013-cü ildə Fransa Dövlət Şurasının qərarı ilə ləğv olunub.
Son olaraq, Fransa Senatı 18 fevral 2025-ci il tarixində idman yarışlarında hicabın qadağan olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihənin qanuni qüvvəyə minməsi üçün parlamentin aşağı palatasının da təsdiqi tələb olunur.
Bu açıqlama Fransada dünyəvilik, fərdi azadlıqlar və dini simvollarla bağlı mübahisələri bir daha gündəmə gətirib./Sfera.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar