Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yer kürəsində yeni qitə formalaşır - Alimlər açıqladı

Tarix: 06-05-2025 09:28     Baxış: 4140 A- / A+
Antarktida sahillərində yeni qitə formalaşır.
Manevr.az xəbər verir ki, Avstraliya və Fransa alimləri Hind okeanının cənubunda, Antarktida yaxınlığında yeni qitənin əmələ gəlməsinin əlamətlərini aşkar ediblər.
“Terra Nova” jurnalında dərc olunan araşdırmaya görə, bu bölgədə gələcək torpağın əsası olan kontinental qabıq fəal şəkildə formalaşır.
Süxurların tərkibinin təhlili göstərib ki, burada yer qabığının quruluşu tipik okean quruluşundan çox fərqlidir.
Tədqiqatçılar yüksək artım tempini qeyd ediblər - orta hesabla ildə 0,001 kub kilometr, bəzi ərazilərdə isə 0,8 kub kilometrə çatır.
Bu proseslər subduksiya zonalarında baş verir. Burada okean plitəsi kontinental plitənin altında hərəkət edir, süxurların əriməsinə və maqmanın əmələ gəlməsinə səbəb olur - bu isə qitələrin formalaşmasının ilk mərhələsidir.
Elm adamları hesab edirlər ki, yeni qabığın böyüməsi təxminən yeddi-on iki milyon il əvvəl başlayıb və hazırkı templə davam edərsə, bu ərazidə qitənin tamamilə formalaşması üçün təxminən bir bu qədər də vaxt lazımdır.
Kəşf Yerin geoloji fəaliyyətinin hətta planetin ən ucqar və zahirən sabit ərazilərində də davam etdiyini təsdiqləyir.publika.az








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar