Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qorxunc araşdırma: 20 il əvvəlki kosmik partlayışın təsirləri indi üzə çıxır

Tarix: 05-05-2025 08:46     Baxış: 389 A- / A+
Qorxunc araşdırma: 20 il əvvəlki kosmik partlayışın təsirləri indi üzə çıxırYeni aparılmış elmi araşdırma 20 il əvvəl baş vermiş bir kosmik partlayışın kainatda ağır elementlərin yaranmasında mühüm rol oynadığını ortaya qoyub. 

Manevr.az
xəbər verir ki, alimlərə görə, bu hadisə, Marsın kütləsini aşan miqdarda ağır element istehsal etmiş ola bilər.

2004-cü ildə qeydə alınan güclü qamma şüası partlayışı ilə bağlı son tədqiqat nəticələrinə görə, bu kosmik hadisə kainatda qızıl və platin kimi ən ağır elementlərin əsas mənbələrindən biri ola bilər. Təxminən 30 min işıq ili uzaqlıqda yerləşən bir manyetardan (çox güclü maqnit sahəsinə sahib neytron ulduzundan) yayılan bu enerji partlayışı, indiyə qədər Süd Yolu qalaktikasında müşahidə olunan ən parlaq hadisələrdən biri kimi qiymətləndirilir.

Araşdırmaya ABŞ-ın Kolumbiya Universitetindən professor Brayan Metsqer və doktorant Anirud Patel rəhbərlik edib. Tədqiqatçılar bildirir ki, müşahidə edilən partlayış nəticəsində yaranan yüksək enerjili şəraitdə çoxlu sayda ağır elementin - o cümlədən qızıl və platin - formalaşması mümkün olub.


Patel deyib: "Təxminlərimizin mövcud məlumatlarla təsdiqləndiyini görmək və bu kəşfin planetimizi təşkil edən bəzi maddələrin tarixi baxımından hansı nəticələr doğura biləcəyini anlamaq inanılmaz bir hissdir".

Tədqiqat həmçinin göstərir ki, manyetarlar kainatdakı ağır elementlərin formalaşmasında əsas rollardan birini oynaya bilər. Patel bu cür neytron ulduzlarının keçmişdə düşündüyümüzdən daha mühüm təsirə malik olduğunu vurğulayıb.

Bu kəşf kainatın kimyəvi tərkibinin necə formalaşdığına dair mövcud nəzəriyyələri dərinləşdirə və yerüstü elementlərin mənşəyinə dair yeni anlayışlar təqdim edə bilər./qaynarinfo 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar