Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Zelenskinin təhlükəsizlik bəyanatı Moskvada narahatlıq yaratdı

Tarix: 04-05-2025 10:48     Baxış: 4142 A- / A+

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 May Qələbə Günü münasibətilə Moskvada keçiriləcək paradda iştirak etməyi planlaşdıran dünya liderləri ilə bağlı açıqlamasına sərt reaksiya verib.
 
Bu barədə yerli mətbuat xəbər verir.
Zaxarova bildirib ki, Zelenskinin bəyanatı "klassik beynəlxalq terror təhlükəsi ilə bağlı xəbərdarlıq" kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Ukrayna lideri yalnız dünya liderlərinin deyil, paradda iştirak edəcək veteranların təhlükəsizliyini də sual altına alıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də məsələyə münasibət bildirərək Zelenskinin Moskvada iştirak edəcək xarici nümayəndələrin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini xatırladıb:
"Əgər Qələbə Günü təxribat baş versə, mayın 10-da Kiyevin vəziyyəti çox fərqli ola bilər", - deyə o qeyd edib.
Zelenski isə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Ukrayna yalnız hərbi hədəfləri vurur və mülki şəxsləri məqsəd seçmir. Lakin onun sözlərinə görə, Rusiya ərazisində keçirilən hərbi tədbirlər zamanı təhlükəsizlik təminatı verilməsi mümkün deyil.milli.az


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar