Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qələbə paradına 19 ölkənin lideri qatılacaq

Tarix: 27-04-2025 19:36     Baxış: 3117 A- / A+


Rusiyanın paytaxtı Moskvada mayın 9-da keçiriləcək Qələbənin 80-ci ildönümünə 19 ölkənin lideri qatılacaq.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, MDB ölkələrinin liderləri ilə yanaşı, Braziliya, Venesuela, Kuba və Serbiya prezidentləri, eləcə də Çin və Slovakiya rəhbərləri də Moskva şəhərində olacaq.
Rəsmi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Venesuela Prezidenti Nikolas Maduro, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Ermənistanın baş naziri Nikol Paşinyan, Burkino-Faso Prezidenti İbrahim Traore və Vyetnam Prezidenti To Lam, Çin Xalq Respublikasının sədri Si Cinpin, Qırğızıstan Prezidenti Sadır Japarov, Kuba prezidenti Migel Dias-Kanel, Serbiya Prezidenti Aleksandr Vuçiç, həmçinin Slovakiyanın Baş naziri Robert Fitso, Tacikistan, Türkmənistan və Özbəkistan Prezidentləri - Emoməli Rəhmon, Sərdar Berdiməhəmmədov və Şövkət Mirziyayev tədbirdə iştirak edəcəklər.
Hindistanın Baş naziri Narendra Modi və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux dəvət alıblar, lakin onlar hələ iştiraklarını təsdiqləməyiblər.
Qeyd edək ki, SSRİ və Rusiyada ümumilikdə 34 dəfə Qələbə Paradı keçirilib. Sovet dövründə bu paradlar 1945, 1965, 1985 və 1990-cı illərdə təşkil edilib. 1995-ci ildən sonra 9 May, Böyük Vətən Müharibəsinin 50 illiyinə həsr olunmuş paradla bağlı qanun qəbul edilib və bu paradlar xarici liderlərin iştirakı ilə keçirilməyə başlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar