Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp Ermənistanın üstündən xətt çəkdi – Zəiflərə geosiyasətdə yer yoxdur

Tarix: 26-04-2025 15:53     Baxış: 388 A- / A+
Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ABŞ-nin xarici siyasətinə əsaslı şəkildə yenidən baxılmasına başlanılıb. İlk və ən nəzərəçarpacaq addımlardan biri xarici yardım proqramlarının kəskin və ya tamamilə ixtisar edilməsi oldu. Söhbət ilk növbədə Beynəlxalq İnkişaf Agentliyindən (USAID) gedir.
Manevr.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə fondsk.ru yazır.
Rusiya portalı xatırladır ki, bu yaxınlarda ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) Ermənistan da daxil olmaqla, ümumi məbləği 215 milyon dollar olan 139 qrantın ləğv edildiyini rəsmən elan edib.
1991-ci ildən sonra Ermənistan ABŞ-dən 3,3 milyard dollardan çox yardım alıb ki, bunun da 1,3 milyard dolları USAID vasitəsilə göndərilib.
2024-cü ildə Ermənistana 5 il ərzində 250 milyon dollar verilməsi haqqında saziş imzalanıb ki, bunun da 110 milyon dolları artıq köçürülüb. Bununla belə, 2025-ci ildə Tramp administrasiyası “demokratik keçidi” dəstəkləmək üçün nəzərdə tutulan 49 milyon dollar da daxil olmaqla, qalan vəsaiti dondurub. Qeyd olunur ki, qərar əvvəllər Amerika yardımına güvənən bir çox layihə və təşkilatları riskə atıb. QHT-lər, təhsil müəssisələri və dövlət proqramları maliyyə çatışmazlığı ilə üzləşiblər, bu da fəaliyyətlərin azalması və bəzi proqramların bağlanmasına səbəb ola bilər.
“Amerika yardımının dayandırılması əvvəllər ABŞ qurumları ilə birbaşa əməkdaşlıq edənlər üçün soyuq duşdur. İndi ABŞ-nn prioritetləri “daxili gündəmə” keçdiyi və ölkə maliyyələşdirmə siyasətini sərtləşdirdiyi bir vaxtda İrəvan qəfildən anlamağa başlayıb ki, qərbyönlü qumar təkcə siyasi baxımdan perspektivsiz deyil, həm də iqtisadi baxımdan qısamüddətlidir. Mexanizm qəfil sıradan çıxdı və onun memarları – diplomatlar, qrantlar, siyasətçilər və jurnalistlər “oksigensiz” qaldılar. Bu fonda Qərbə mərc edən Ermənistanın geosiyasi tələyə düşdüyü getdikcə aydınlaşır.
Avropa İttifaqı “yumşaq diplomatiya” təklif edir, amma pulu az miqdarda, əsasən məsləhətləşmələr şəklində verir. ABŞ oyundan tamamilə kənarda qalıb. Bütün siyasi çətinliklərə baxmayaraq, Rusiya Ermənistanın real maliyyə təsirinə malik yeganə iqtisadi tərəfdaşı olaraq qalmaqda davam edir”, - məqalədə deyilir.
Portal əlavə edir ki, Donald Tramp Ermənistanı zəif müttəfiq kimi gördüyü üçün onunla işləməkdə maraqlı deyil:
“Ermənistanda Amerika proqramlarının bağlanması təkcə Tramp administrasiyasının bürokratik qərarı deyil, bu, həm də bir siqnaldır. Böyük geosiyasətdə zəif müttəfiqlərə yer olmadığına işarədir. Əgər strateji tənzimləmədə sizə ehtiyac yoxdursa, demək, sxemdən kənarda qalmısınız”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar