Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Aydan toplanmış torpaq 6 ölkəyə təqdim ediləcək

Tarix: 25-04-2025 15:10     Baxış: 3119 A- / A+

Aydan toplanmış torpaq 6 ölkəyə təqdim ediləcək

Çin Milli Kosmik İdarəsi (CNSA), “Chang’e-5” missiyası ilə Aydan toplanmış torpaq və qaya nümunələrinin altı ölkənin alimlərinə tədqiqat məqsədilə təqdim ediləcəyini açıqlayıb.
 
Manevr.az NTV nəşrinə istinadən xəbər verir ki, bu ölkələr arasında ABŞ, Fransa, Almaniya, Yaponiya, Pakistan və Böyük Britaniya yer alır.
 
Qeyd edək ki, ABŞ-dən iki elmi institut Braun Universiteti və Stony Brook Universiteti nümunələrə çıxış imkanı əldə edəcək. Çinli rəsmilər Ay torpaqlarını “bütün bəşəriyyət üçün ortaq xəzinə” adlandırıb.
 
Maraqlıdır ki, bu qərar ABŞ-Çin münasibətlərinin gərgin olduğu və davam edən texnoloji və ticarət müharibələri fonunda verilib. Xatırladaq ki, ABŞ Konqresi 2011-ci ildə qəbul etdiyi qanuna əsasən, NASA-ya Çin və ya Çin şirkətləri ilə əməkdaşlıq etməyi qadağan edib. Buna baxmayaraq, NASA tərəfindən maliyyələşdirilənmuniversitetlərin Ay nümunələrinə çıxışı diqqət çəkib.
 
“Chang’e-5” missiyasının gətirdiyi nümunələrin, Apollon proqramı çərçivəsində toplanan torpaq və qayalardan təxminən bir milyard il daha gənc olduğu bildirilib. Bu isə tədqiqatçılara Ayın geoloji tarixini daha dərindən anlamağa imkan yaradır.
 
Çin bu addımı ilə kosmik tədqiqatlarda beynəlxalq əməkdaşlığa açıq olduğunu nümayiş etdirməyə çalışır.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar