Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zəlzələdə yüzlərlə maşının "karopka"sı sıradan çıxdı - Səbəb

Tarix: 24-04-2025 18:41     Baxış: 3111 A- / A+
Ötən gün İstanbulda baş verən zəlzələdən sonra yüzlərlə avtomatik sürətlər qutusu ilə təchiz olunmuş avtomobil yolda qalıb.
İstanbulda 23 aprel 2025-ci il tarixində baş verən 6,2 bal gücündəki zəlzələdən sonra yüzlərlə avtomobilin sürətlər qutusu sıradan çıxıb.
Saat 12:49-da qeydə alınan yeraltı təkanlar evlərdə, iş yerlərində və məktəblərdə olduğu kimi, nəqliyyatda da xaosa səbəb olub. E-5 kimi tanınan D-100 magistralında avtomobillərin kapotlarının açıq şəkildə yol kənarında qaldığı görüntülər sosial mediada diqqət çəkib.
Əsasən avtomatik sürətlər qutusu ilə təchiz olunmuş avtomobillərdə yaranan nasazlığın səbəbi isə bəlli olub. Mütəxəssislərin sözlərinə görə zəlzələ anında sürücülər təşvişə düşərək avtomobildən düşüb uzaqlaşıblar. Avtomobillər isə sürət rejimində işlək vəziyyətdə qalıb. Bu isə mühərrik və sürətlər qutusunun uzun müddət hərəkətsiz qalaraq həddindən artıq qızmasına, nəticədə nasazlıq yaranmasına səbəb olub.
Avtomobil mütəxəssisləri bu cür vəziyyətlərdə soyuqqanlı davranmağı, əgər gözləmə uzanacaqsa, sürətlər qutusunu 'N' (neytral) və ya 'P' (park) rejiminə keçirməyi tövsiyə edirlər. Onların fikrincə, bu, həm avtomobili qoruyar, həm də təhlükəsizlik baxımından daha doğrudur./milli.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar