Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

7 baldan güclü zəlzələ gözlənilir - Professordan XƏBƏRDARLIQ

Tarix: 23-04-2025 16:24     Baxış: 494 A- / A+
 
Prof. Dr. Naci Görür 23 aprel 2025-ci ildə İstanbulda baş verən güclü zəlzələdən sonra verdiyi açıqlamalarda məsələnin ciddiliyinə diqqət çəkib.
O bildirib ki, zəlzələ Marmara dənizində yerləşən Kumburgaz fay zonasında baş verib. Bu fayın "kilidli" olduğunu və enerji yığdığını qeyd edən alim, bu cür zəlzələlərin fayın gərginliyini artırdığını və daha böyük bir zəlzələnin xəbərçisi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə bu bölgədə gözlənilən əsas zəlzələ 7 baldan böyük ola bilər.
O bildirib ki, bugün baş verən 6.2 bal gücündəki zəlzələ Marmara dənizində gözlənilən böyük zəlzələ deyil. Əksinə, bu zəlzələ Kumburgaz fayında yığılan enerjinin hələ də boşalmadığını və həmin fayın daha da yükləndiyini göstərir. Bu isə o deməkdir ki, böyük zəlzələ ehtimalı azalmayıb, əksinə, bir qədər də artıb.
O, "Böyük zəlzələ gəlir" deyərək, Türkiyənin bu məsələni daim gündəmdə saxlamalı olduğunu və vaxt itirmədən tədbirlər görülməsinin vacibliyini qeyd edib.
Naci Görür hökumət, yerli idarəetmələr və vətəndaşların birlikdə hərəkət etməli olduğunu vurğulayıb. O, sadəcə bina inşa etməyin kifayət etmədiyini, əksinə, şəhərlərin zəlzələyə davamlı hala gətirilməsinin vacibliyini bildirib./milli.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar