Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

İmamoğlu hakim qarşısına çıxarılır

Tarix: 11-04-2025 11:46     Baxış: 3185 A- / A+
İmamoğlu hakim qarşısına çıxarılır
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün 3 iş üzrə mühakimə olunacaq.
 
Türk mətbuatı xəbər verir ki, Ekrem İmamoğlu İstanbul Baş prokuroru Akın Gürlək haqqında söylədiyi fikirlərə görə bu gün Silivridə "terrorla mübarizədə çalışan insanları hədələmək və hədəfə almaq" ittihamı ilə mühakimə olunacaq. Bu halda İmamoğlunun 7 il 4 aya qədər həbs cəzası, səsvermə və seçilmək hüququndan məhrum edilməsi, dövlət vəzifəsində işləməsinə qadağa qoyulması istənilir.
 
Digər tərəfdən, Daxili İşlər Nazirliyinin 2023-cü ildə başlatdığı araşdırma nəticəsində İmamoğluna qarşı "tenderi saxtalaşdırmaq" ittihamı ilə iddia açılıb. İmamoğlunun Beylikdüzü Bələdiyyə Başçısı olması ilə bağlı olan bu tenderə də bu gün baxılacaq. Büyükçekmece 10-cu Asliye Cəza Məhkəməsində davam edən işdə İmamoğlunun 3 ildən 7 ilə qədər həbsi və siyasi fəaliyyətinə qadağa qoyulması istənilir.
 
Bu gün baxılacaq başqa bir iş isə CHP İstanbul İl Baş Qərargahında qeydə alındığı iddia edilən "pul sayma" görüntüləri ilə bağlı olacaq. Martın 31-də keçiriləcək yerli seçkilər ərəfəsində ortaya çıxan görüntülər nəticəsində İmamoğlunun komanda yoldaşları da daxil olmaqla 22 nəfər "qanunsuz ianə toplamaq" ittihamı ilə mühakimə olunur.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar