Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xamneyi həbs olunur?

Tarix: 10-04-2025 15:39     Baxış: 3118 A- / A+

Argentina prokurorları 1994-cü ildə Buenos-Ayresdə yəhudi mərkəzinin partladılması ilə bağlı İranın ali dini lideri Ayətullah Əli Xamneyini həbs etməyə çağırıb.
Manevr.az xəbər verir ki,  hesabatda "Prokuror Sebastian Basso federal hakim Daniel Rafekasdan İranın ali dini lideri Əli Hüseyni Xamenei üçün milli və beynəlxalq həbs orderi verilməsini istəyib", -qeyd olunur.
Xüsusilə, Basso İranın ali dini liderinin insidentdə mümkün iştirakını yoxlamaq istəyir. Lakin məqalə müəlliflərinin qeyd etdiyi kimi, bu, Buenos-Ayreslə Tehran arasında münasibətləri xeyli pisləşdirə bilər.
Xatırladaq ki, Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də paytaxt Buenos-Ayresdə baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı nəticəsində 85 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hücuma görə günahı Livanın şiə Hizbullah hərəkatı üzərinə götürüb. Ötən il aprelin 24-də Argentina beynəlxalq order verib və İranın daxili işlər naziri Əhməd Vahidinin hadisədə əli olmaqda şübhəli bilinərək həbsini tələb edib.lent az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar