Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nuhun gəmisi Türkiyədədir? - Həmin yer ilk dəfə axtarılacaq - FOTO

Tarix: 08-04-2025 14:24     Baxış: 3125 A- / A+

Min illərdir dini mətnlərdə adı çəkilən Nuhun gəmisinin qalıqları olduğu ehtimal edilən yerdə ilk dəfə qazıntı işləri aparılacaq.
Manevr.az xəbər verir ki, Türkiyənin şərqində Ağrı dağının cənubunda yerləşən Durupınar Formasiyası illərlə davam edən araşdırmalardan sonra bu böyük arxeoloji tapıntı üçün mərkəzə çevrilib.
Qazıntı işlərinə başlamazdan əvvəl "Nuh's Ark Scans" şirkətinin mütəxəssisləri tərəfindən ərazidə radar skanları aparılır və "yeraltını görmək" texnologiyasından istifadə olunur.
Bu formasiya təxminən 160 metr uzunluğundadır və gəmi silueti ilə seçilir. Yerli süxurların limonit adlı dəmir filizindən ibarət olduğu bildirilib. 


Tədqiqatçılar qazıntı prosesinə başlamazdan əvvəl kifayət qədər sübut toplamaq və mühafizə planı yaratmaq niyyətindədirlər. Əgər əldə edilən dəlillər gəminin süni obyekt olduğunu sübut edərsə, arxeoloji qazıntılara start veriləcək.
Radar üsulları sayəsində daxili bölmələrə bənzəyən düzbucaqlı formalar aşkarlanıb. Torpaq analizləri gil, dəniz çöküntüləri, hətta mollyuskaların qalıqları kimi izləri ortaya çıxarıb. Bu qalıqların 3500-5000 il əvvəl mövcud olduğu müəyyən edilib ki, bu da Bibliyadakı daşqın dövrü ilə uyğunluq təşkil edir.
Qeyd edək ki, Durupınar 1948-ci ildə güclü yağışlar və zəlzələ nəticəsində palçıq təbəqələrinin hərəkəti ilə formalaşıb və bir çoban tərəfindən kəşf edilib. O vaxtdan bəri bölgə xüsusilə möminlər və tarix tədqiqatçılarının maraq dairəsindədir.milli.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar