Aprelin 15-dən 28-dək "π-Puppid" meteor yağışı müşahidə olunacaq. Meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, "π-Puppid" (Pi-Göyərtə) meteor yağışı 1972-ci ildə kəşf edilən "26P/Grigg-Skjellerup" kometi ilə əlaqələndirilir. Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977 və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.
"π-Puppid" meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.
Xəbər lenti
Aprelin 15-dən 28-dək meteor yağışı davam edəcək

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































