Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Pezeşkian ABŞ ilə danışıqlar üçün şərtini açıqladı

Tarix: 07-04-2025 17:38     Baxış: 399 A- / A+
 
Prezident Məsud Pezeşkian İranın dialoqa sadiqliyini təkrarlayıb, lakin ABŞ-nin də danışıqlarda həqiqi niyyət nümayiş etdirməli olduğunu söyləyib.
Manevr.az xəbər verir ki, bu barədə İRNA agentliyinin ingilis dili redaksiyası məlumat yayıb.
Qeyd olunub ki, prezident İranın danışıqlara inansa da, “nəyin bahasına olursa-olsun” danışıqlara qoşulmayacağını bildirib.
“Biz müharibə, gərginlik və ya nüvə silahı axtarmırıq. Biz danışıqlara can atırıq. Bununla belə, amerikalılar həqiqətən danışıqlara getdiklərini sübut etməlidirlər”, - Məsud Pezeşkian deyib.
O qeyd edib ki, İranın nüvə imkanlarından “qeyri-dinc” məqsədlər üçün istifadə etməmək öhdəliyi sadəcə siyasi bəyannamə deyil, onun kökündə İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin verdiyi fitva (dini fərman) dayanır.
İranın nüvə doktrinası Ayətullah Xameneinin nüvə silahının istehsalını, saxlanmasını və yığılmasını qadağan edən fətvasına əsaslanır.
ABŞ prezidenti Donald Tramp birinci müddətində birtərəfli qaydada imtina etdiyi sazişin yerinə yeni sazişin imzalanması üçün İranla birbaşa danışıqlara çağırıb. Bununla belə, o, razılaşma əldə olunmasa, İranı bombalayacağı ilə hədələyib.
Tehran təhdid və təzyiq altında Vaşinqtonla birbaşa danışıqları istisna etsə də, dolayısı danışıqlar üçün qapını açıq qoyub.musavat.com 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar